Dövlət Gömrük Komitəsinin (DGK) Cənub Ərazi Baş Gömrük İdarəsinin “Biləsuvar” gömrük postunda Naxçıvan-Bakı marşrutu üzrə hərəkət edən avtobusun sərnişininə məxsus çantasından 6 388 qram çəkisində narkotik vasitələr aşkarlanıb.
DGK-dan BUTA.TV-a verilən məlumata görə, çantadakı şirniyyat və yuyucu vasitələr qutusunda xalis çəkiləri 2 060 qram olan psixotrop maddə - metamfetamin və 4 328 qram narkotik vasitə - heroin aşkarlanıb.
Daha sonra əməliyyat tədbirləri davam etdirilib, həmin narkotik vasitələri təhvil alan iki nəfər şəxs saxlanılıb və idarə etdikləri nəqliyyat vasitəsinə baxış keçirilib. Bu zaman avtomobildən xalis çəkiləri 1,640 qram olan qurudulmuş marixuana və 1,82 qram tiryək, eyni zamanda, bu narkotik vasitələrin istifadəsi üçün nəzərdə tutulduğu ehtimal edilən 2 ədəd metal boru aşkar olunub.
Faktla bağlı araşdırma aparılır.
- Bakıda güclü külək əsir – Faktiki hava
- Şamaxıda zəlzələ oldu
- Bu ərazilərdə fevralın 23-də qaz kəsiləcək
- Azərbaycanda kərə yağı istehsalı kəskin azaldı
- Ramazanın 4-cü günü: Dua, imsak və iftar vaxtı
- Ötən ay avtomobil nəqliyyatı ilə neçə milyon sərnişin daşınıb?
- Xidmət zamanı maşın vuran FHN əməkdaşının son vəziyyəti
- Bakıda evlərə qənim kəsilən oğru saxlanıldı