Aqolli ilə dünən danışdım. Məni təbrik etdi və bəzi məsləhətlər verdi.
BUTA.TV xəbər verir ki, bunu "Qarabağ"ın yeni transferi Redon Cica "Panoramasport"a açıqlamasında deyib.
25 yaşlı futbolçu bildirib ki, Ağdam klubuna transfer olunduqdan sonra "köhlən atlar"ın sabiq müdafiəçisi Ansi Aqolli onunla əlaqə saxlayıb:
"Söhbətimiz çox da uzun çəkmədi. "Qarabağ"ın tarixi ilə qısaca maraqlandım. Gördüyüm qədərilə, Aqolli burada əfsanə idi".
Bakıya dünən gəldiyini söyləyən albaniyalı hücumçu yavaş-yavaş şəhərə alışdığını gizlətməyib:
"Hələlik hər şey yaxşı görünür. Düşünürəm ki, adaptasiya prosesi çox tez keçəcək. Açığı, bu transfer baş tutana qədər heç nə bilmirdim. Oyun günü mənə dedilər ki, hər şey bitdi".
Qeyd edək ki, Redon Cica "Qarabağ"la 3,5 illik müqavilə imzalayıb.
- Bakıda güclü külək əsir – Faktiki hava
- Şamaxıda zəlzələ oldu
- Bu ərazilərdə fevralın 23-də qaz kəsiləcək
- Azərbaycanda kərə yağı istehsalı kəskin azaldı
- Ramazanın 4-cü günü: Dua, imsak və iftar vaxtı
- Ötən ay avtomobil nəqliyyatı ilə neçə milyon sərnişin daşınıb?
- Xidmət zamanı maşın vuran FHN əməkdaşının son vəziyyəti
- Bakıda evlərə qənim kəsilən oğru saxlanıldı