Cənubi Azərbaycandan olan bəstəkar, müğənni Arif Mehmandost Mədəniyyət TV-də yayımlanan “O” verilişinin qonağı olub.
Kult.az xəbər verir ki, proqramda sənətkar oradakı azərbaycanlıların məruz qaldıqları mənəvi təzyiqlərdən, alçaldılmalarından, ana dillərində təhsil hüququndan məhrum olmalarından, farsların soydaşlarımızın ləhcəsini lağa qoymalarından söz açıb. A.Mehmandost bildirib ki, uşaq vaxtı aldığı bu travmalar səbəbindən övladı Azərbaycanda təhsil almasına qərar verib.
Verilişdə yaradıcılığından da söz açan Arif Mehmandost bəstələdiyi, oxuduğu nəğmələrin əsas məzmununun ayrılıq, həsrət, iztirab olduğunu vurğulayıb.
Qeyd edək ki, “O” aparıcı Bəhruz Niftəliyevin təqdimatında yayımlanır.
- Bakıda güclü külək əsir – Faktiki hava
- Şamaxıda zəlzələ oldu
- Bu ərazilərdə fevralın 23-də qaz kəsiləcək
- Azərbaycanda kərə yağı istehsalı kəskin azaldı
- Ramazanın 4-cü günü: Dua, imsak və iftar vaxtı
- Ötən ay avtomobil nəqliyyatı ilə neçə milyon sərnişin daşınıb?
- Xidmət zamanı maşın vuran FHN əməkdaşının son vəziyyəti
- Bakıda evlərə qənim kəsilən oğru saxlanıldı