Ötən gün saat 21:30-dan sonra Ukraynanın bir çox bölgələrində hava hücumu xəbərdarlığı elan edilib.
BUTA.TV xəbər verir ki, bu barədə Ukraynanın Nikolayev hərbi administrasiyasının rəhbəri Vitali Kim bildirib.
Hava xəbərdarlığının elanı ərəfəsində Kim Rusiyanın kamikadze pilotsuz təyyarələrinin havaya qalxdığını açıqlayıb:
"Yazırlar ki, artıq 3 qrup "moped" havaya qalxıb. Ən yaxşı prezidentin ad günündə xırda çirkin oyunlarla da heç nəyə nail olunmadı".
Nikolayev şəhərinin meri Aleksandr Senkeviç də Rusiya aviasiyasından gələn təhlükə barədə məlumat verib:
"Hərbçilər Ukrayna səmasında "Şahid" PUA-larının olması barədə xəbər verir. Həmçinin havada üç Rusiya Tu-22M3 bombardmançı təyyarəsi var".
Sosial şəbəkələrdə Zaporojye və Dnepropetrovsk vilayətlərində partlayış səsləri ilə bağlı təsdiqlənməmiş məlumatlar yayılmağa başlayıb.
- Müdafiə naziri bu komandanlığa göstərişlər verdi - Video
- Emin Formula-1-i Bakının mərkəzindən köçürür
- Bakıda yeni marşrut xətti işə düşdü
- Bakıda güclü külək əsir – Faktiki hava
- Şamaxıda zəlzələ oldu
- Bu ərazilərdə fevralın 23-də qaz kəsiləcək
- Azərbaycanda kərə yağı istehsalı kəskin azaldı
- Ramazanın 4-cü günü: Dua, imsak və iftar vaxtı