Millət vəkili, Milli Məclisin Mədəniyyət Komitəsinin sədri Qənirə Paşayeva Samux rayonundan olan Vətən müharibəsi şəhidi, “Azərbaycan Bayrağı” ordenli Emil Sadıqzadənin anası Şəlalə Əsədova ilə görüşüb.
BUTA.TV xəbər verir ki, Bakıdakı “Gözəl Yaşam Mərkəzi”ndə baş tutan görüşdə şəhid anasının ürək sözləri dinlənilib, onunla ətraflı söhbət edilib, qayğıları öyrənilib.
Komitə sədri Azərbaycan dövlətinin ali rəhbərliyinin şəhid ailələrinə yüksək diqqət və qayğısından, həssas münasibətindən bəhs edərək, bu diqqət-qayğının, həssaslığın hər bir millət vəkili, məmur, ziyalı, vətəndaş cəmiyyəti institutları təmsilçisi üçün də örnək olduğunu deyib.
Qənirə Paşayeva şəhid anaları ilə hər bir görüşün onun üçün çox doğma, əziz olduğunu, budəfəki görüşün ikiqat anlamlı olduğunu vurğulayıb.
Komitə sədri şəhid anasını maraqlandıran məsələlərlə bağlı yerindəcə aidiyyəti qurumlarla telefon əlaqəsi saxlayıb, müvafiq addımlar atılıb.
- Müdafiə naziri bu komandanlığa göstərişlər verdi - Video
- Emin Formula-1-i Bakının mərkəzindən köçürür
- Bakıda yeni marşrut xətti işə düşdü
- Bakıda güclü külək əsir – Faktiki hava
- Şamaxıda zəlzələ oldu
- Bu ərazilərdə fevralın 23-də qaz kəsiləcək
- Azərbaycanda kərə yağı istehsalı kəskin azaldı
- Ramazanın 4-cü günü: Dua, imsak və iftar vaxtı