"Qarabağ" heyətini yeni futbolçu ilə gücləndirib.
BUTA.TV klubun rəsmi saytına istinadən xəbər verir ki, Ağdam təmsilçisi Fransanın "Dijon" komandasından Yassin Benzianı transfer edib.
"Köhlən atlar" 29 yaşlı yarımmüdafiəçinin keçidini sosial şəbəkə hesabında paylaşdığı video ilə açıqlayıb.
Mərakeş millisinin sabiq üzvü ilə imzalanmış müqavilənin müddəti hələlik bəlli deyil.
Qeyd edək ki, Fransa vətəndaşlığı da olan Yassin Benzia karyerası ərzində "Lion", "Lill", Türkiyənin "Fənərbağça", Yunanıstanın "Olimpiakos" komandalarında da çıxış edib.
- Müdafiə naziri bu komandanlığa göstərişlər verdi - Video
- Emin Formula-1-i Bakının mərkəzindən köçürür
- Bakıda yeni marşrut xətti işə düşdü
- Bakıda güclü külək əsir – Faktiki hava
- Şamaxıda zəlzələ oldu
- Bu ərazilərdə fevralın 23-də qaz kəsiləcək
- Azərbaycanda kərə yağı istehsalı kəskin azaldı
- Ramazanın 4-cü günü: Dua, imsak və iftar vaxtı