ABŞ və NATO Avropada genişmiqyaslı hərbi münaqişəyə gedən yolda təhlükəli xəttə yaxınlaşıb.
BUTA.TV xəbər verir ki, bu sözləri Rusiyanın ATƏT-dəki nümayəndəsinin müavini Maksim Buyakeviç deyib.
"ABŞ rəhbərliyi və onun NATO-dakı peykləri təhlükəli xəttə yaxınlaşıb. Onlar Ukraynada hərbi qarşıdurmanı gücləndirmək, Qərbin ağır silahlarından və NATO kəşfiyyatına əsaslanan hədəf təyinatından istifadə etməklə rejimi Rusiya əhalisinə qarşı hərbi əməliyyatlara təhrik edirlər. Bu, Avropada tammiqyaslı hərbi münaqişəyə aparan birbaşa yoldur, bundan bizim qitəmizin bütün sakinləri mütləq uduzacaqlar. Və bu “atəşin” anqlo-sakson müqəvvaları bu dəfə kənarda qalmayacaq”, - deyə Buyakeviç bildirib.
- Sabahın hava proqnozu açıqlandı
- Müdafiə naziri bu komandanlığa göstərişlər verdi - Video
- Emin Formula-1-i Bakının mərkəzindən köçürür
- Bakıda yeni marşrut xətti işə düşdü
- Bakıda güclü külək əsir – Faktiki hava
- Şamaxıda zəlzələ oldu
- Bu ərazilərdə fevralın 23-də qaz kəsiləcək
- Azərbaycanda kərə yağı istehsalı kəskin azaldı