Hazırda Ermənistan ordusunda inkişafın dayandığını müşahidə etmək olar. Bu isə bizim dövlət səviyyəsində orduya mülki şəxsin rəhbərlik etməsi qərarımızdan sonra yaranıb.
BUTA.TV xəbər verir ki, bunu erməni politoloq Artur Atanesyan deyib.
“Əgər komandirə tabeliyində olanlar arasında, müdafiə nazirinə isə Silahlı Qüvvələrin komandan heyəti arasında hörmət yoxdursa, ordu iyerarxiyası və nizam-intizamı dağılmağa başlayır. Yuxarı komandanlığın əmrlərinə məhəl qoyulmur. Orduda ofislərdə işləyənləri xüsusilə sevmirlər. Onların sırasına müdafiə nazirini də əlavə etmək olar. Məhz peşəkar bilik və təcrübə olmayanda orduda nizam-intizam zəifləyir və inkişaf dayanır”, - o bildirib.
- Sabahın hava proqnozu açıqlandı
- Müdafiə naziri bu komandanlığa göstərişlər verdi - Video
- Emin Formula-1-i Bakının mərkəzindən köçürür
- Bakıda yeni marşrut xətti işə düşdü
- Bakıda güclü külək əsir – Faktiki hava
- Şamaxıda zəlzələ oldu
- Bu ərazilərdə fevralın 23-də qaz kəsiləcək
- Azərbaycanda kərə yağı istehsalı kəskin azaldı