Azərbaycan səfirliyinə hücum edən şəxs şəxsi motivləri əsas gətirib.
BUTA.TV xəbər verir ki, bunu Tehranın polis rəisi Hüseyn Rəhimi Azərbaycanın İrandakı səfirliyinə edilən terror hücumunu şərh edərkən deyib.
İlkin məlumatlara görə, təcavüzkar iki azyaşlı uşaqla səfirliyə daxil olub. Dindirilərkən o, şəxsi və ailə problemlərinə görə hücum etdiyini bildirib.
Qeyd edək ki, bu gün saat 8:30-da Azərbaycanın İrandakı səfirliyinə terror hücumu edilib. Hücum nəticəsində səfirliyimizin təhlükəsizlik xidmətinin rəhbəri Orxan Əsgərov şəhid olub, iki nəfər isə yaralanıb.
- Sabahın hava proqnozu açıqlandı
- Müdafiə naziri bu komandanlığa göstərişlər verdi - Video
- Emin Formula-1-i Bakının mərkəzindən köçürür
- Bakıda yeni marşrut xətti işə düşdü
- Bakıda güclü külək əsir – Faktiki hava
- Şamaxıda zəlzələ oldu
- Bu ərazilərdə fevralın 23-də qaz kəsiləcək
- Azərbaycanda kərə yağı istehsalı kəskin azaldı