Səfirlik ərazisi Azərbaycan torpağı sayılır və bu hücum Azərbaycana qarşı hücumdur.
Bu sözləri BUTA.TV-a açıqlamasında Güney Azərbaycan Televizyasının (GünazTV) rəhbəri Əhməd Obalı Azərbaycanın Tehrandakı səfirliyinə terror hücumu ilə bağlı deyib.
“Bu hadisəyə görə ilk növbədə Tehran hakimiyyəti və və İran rəhbərliyi ittiham olunmalıdır. Bu, ilk dəfə deyil. Bundan öncədə Tehran hakimiyyəti Azərbaycan hakimiyyəti və diplomatlarını dolayı yollarla terrorla hədələyib. İran Azərbaycanın hansı ölkələrlə münasibət qurub-qurmayacağı məsələlərinə müdaxilə edir. Bu hadisə də Azərbaycana başqa ölkələrlə qurduğu münasibətə görə təzyiqdir”, - Ə.Obalı qeyd edib.
O vurğulayıb ki, hadisəni törədən şəxs Azərbaycan Respublikasına təhvil verilməlidir və o, Azərbaycan qanunları ilə mühakimə olunmalıdır.
- Sabahın hava proqnozu açıqlandı
- Müdafiə naziri bu komandanlığa göstərişlər verdi - Video
- Emin Formula-1-i Bakının mərkəzindən köçürür
- Bakıda yeni marşrut xətti işə düşdü
- Bakıda güclü külək əsir – Faktiki hava
- Şamaxıda zəlzələ oldu
- Bu ərazilərdə fevralın 23-də qaz kəsiləcək
- Azərbaycanda kərə yağı istehsalı kəskin azaldı