İran səfirliyi Azərbaycanın Tehrandakı diplomatik korpusuna terror hücumunu pisləyib.
Səfirlikdən BUTA.TV-a verilən məlumatda Azərbaycan səfirliyinin işçilərindən birinin həyatını itirməsi ilə bağlı Azərbaycan dövlətinə və xalqına dərin hüznlə başsağlığı verilir.
Bildirilir ki, İran səfirliyi dost və qardaş Azərbaycan səfirliyinə, silahlı şəxsin hücumunu pisləyir:
"Bu acı hadisənin baş verdiyi ilk anlardan İran polis, siyasi və təhlükəsizlik orqanlarının rəsmiləri hadisənin və hazırda həbs olunaraq istintaqa cəlb olunan şəxsin bu cinayəti törətməsinin səbəblərini hərtərəfli araşdırılması üçün xüsusi göstəriş veriblər. Araşdırmaların nəticələri barədə ictimaiyyətə məlumat veriləcək. Həmçinin hadisə ilə bağlı iki ölkənin rəsmiləri arasında diplomatik əlaqələr davam edir. Bununla bağlı iki ölkənin xarici işlər nazirləri bu gün telefonla danışacaqlar".
- Bu ərazilərə qar yağacaq – Xəbərdarlıq
- Müdafiə Nazirliyi həftəlik icmalını təqdim etdi - Video
- Bəzi yollarda görünüş məsafəsi məhdudlaşacaq
- Gəncədə xəstəxanada körpə öldü
- Sabahın hava proqnozu açıqlandı
- Müdafiə naziri bu komandanlığa göstərişlər verdi - Video
- Emin Formula-1-i Bakının mərkəzindən köçürür
- Bakıda yeni marşrut xətti işə düşdü