Ukraynanın Kiyev-Moqilyansk Akademiyasında rus dilində ünsiyyət qurmaq qadağan edilib.
BUTA.TV xəbər verir ki, bu barədə Moqilyanskın Müşahidə Şurasının üzvü Gennadi Zubko bildirib.
O bildirib ki, universitetdə rus dilində tədris çox uzun müddətdir aparılmır. İndi qadağa şəxslərlərarası ünsiyyətə də şamil edilir:
"Bu, tamamilə hər kəsə aiddir: müəllimlər, tələbələr, inzibati heyət. Bu norma Universitetin Elmi Konfransının 40-cı sessiyasında yeni daxili nizamnamədə öz əksini tapıb".
Zubko vurğulayıb ki, qərar həm tələbələr, həm də müəllimlər tərəfindən dəstəklənir.
- Gəncədə xəstəxanada körpə öldü
- Sabahın hava proqnozu açıqlandı
- Müdafiə naziri bu komandanlığa göstərişlər verdi - Video
- Emin Formula-1-i Bakının mərkəzindən köçürür
- Bakıda yeni marşrut xətti işə düşdü
- Bakıda güclü külək əsir – Faktiki hava
- Şamaxıda zəlzələ oldu
- Bu ərazilərdə fevralın 23-də qaz kəsiləcək