Yanvarın 27-də Azərbaycanın İrandakı səfirliyinə edilən terror hücumu BMT-nin 77-ci Baş Assambleyasının prezidenti Çaba Koroşi tərəfindən də pislənib.
BUTA.TV xəbər verir ki, terror aktı ilə əlaqədar Ç.Koroşinin adından yayılan bəyanatda Azərbaycanın Tehrandakı səfirliyinə qarşı törədilən hücumun qınandığı bildirilib. Həmçinin səfirliyin həlak olmuş əməkdaşının ailəsinə və yaxınlarına başsağlığı ifadə olunub, yaralanan iki nəfərə isə tezliklə şəfa tapmaları arzulanıb.
Bəyanatda bu hücumun tezliklə araşdırılmasının vacibliyi də qeyd olunub.
- Bu ərazilərə qar yağacaq – Xəbərdarlıq
- Müdafiə Nazirliyi həftəlik icmalını təqdim etdi - Video
- Bəzi yollarda görünüş məsafəsi məhdudlaşacaq
- Gəncədə xəstəxanada körpə öldü
- Sabahın hava proqnozu açıqlandı
- Müdafiə naziri bu komandanlığa göstərişlər verdi - Video
- Emin Formula-1-i Bakının mərkəzindən köçürür
- Bakıda yeni marşrut xətti işə düşdü