Əslən azərbaycanlı olan və ABŞ-da yaşayan tanınmış müğənni Ququş Rzanın Pəhləvinin xeyrinə başladılan "Mən vəkalət verirəm" kampaniyasına qarşı çıxıb.
Kult.az xəbər verir ki, azərbaycanlı müğənni Tehran rejiminə həqiqi müxalif olanların vəkalət verməyə ehtiyac duymadıqlarını bildirib.
"Yazdım ki, yadigar kimi qalsın. Bu ana qədər xalqın sözü, şüarları nə olub? “Qadın, həyat, azadlıq” və “İslam Respublikasına ölüm”. Bu, nə yeni həştəq, nə də mənim mühacirətdə olan bir sənətçi kimi kiməsə vəkalət verməyimi tələb edir. İran hökumətinə həqiqi müxaliflərinin heç birinin vəkilə ehtiyacı yoxdur. Bu qatarın hara getdiyini hələ də bilmirəm, ancaq mənim hədəfim azadlıqdır. Gəlin bu yolda yoldaş olaq", - Ququş bildirib.
- Çelsi Baxşıyevaya görə FHN-dən qovulan rəisin doğmaları...
- Ramazanın 5-ci günü: Dua, imsak və iftar vaxtı...
- Bu ərazilərə qar yağacaq – Xəbərdarlıq
- Müdafiə Nazirliyi həftəlik icmalını təqdim etdi - Video
- Bəzi yollarda görünüş məsafəsi məhdudlaşacaq
- Gəncədə xəstəxanada körpə öldü
- Sabahın hava proqnozu açıqlandı
- Müdafiə naziri bu komandanlığa göstərişlər verdi - Video