F-35 qırıcılarının alıcıları Vaşinqtonun icazəsi olmadan təkbaşına istifadə edə bilməzlər.
BUTA.TV xəbər verir ki, bunu Türkiyənin aparıcı pilotsuz təyyarə istehsalçısı olan “Baykar” şirkətinin idarə heyətinin rəhbəri Səlcuq Bayraqdar deyib.
"Müdafiə məsələsinə gəlincə, dövlətlərin suverenliyi yalnız öz texnologiyalarını inkişaf etdirdikdə mümkündür. F-35 alan ölkələrin üzləşdikləri problemlərə baxın. Onlar ABŞ-ın icazəsi olmadan onlardan təkbaşına istifadə edə bilməyəcəklərini deyirlər. Kənardan aldığınız ən qabaqcıl həll, evdə yaratdığınız ən orta texnologiyadan belə daha pisdir. Yüksək texnologiya qandallarla gəlir. İnanıram ki, ən yaxşı həll yolu bu müstəqil yolda davam etməkdir”, - deyə Bayraqdar bildirib.
- Çelsi Baxşıyevaya görə FHN-dən qovulan rəisin doğmaları...
- Ramazanın 5-ci günü: Dua, imsak və iftar vaxtı...
- Bu ərazilərə qar yağacaq – Xəbərdarlıq
- Müdafiə Nazirliyi həftəlik icmalını təqdim etdi - Video
- Bəzi yollarda görünüş məsafəsi məhdudlaşacaq
- Gəncədə xəstəxanada körpə öldü
- Sabahın hava proqnozu açıqlandı
- Müdafiə naziri bu komandanlığa göstərişlər verdi - Video