Belarus Prezidenti Aleksandr Lukaşenko Zimbabveyə dövlət səfərinə gedib.
BUTA.TV xəbər verir ki, bu barədə Belarus rəsmi mediası məlumat yayıb.
Lukaşenkonun təyyarəsi paytaxt Hararenin limanına enib və onu Prezident Emmerson Mnanqaqva şəxsən qarşılayıb.
Lukaşenkonun boynuna çələng taxılması, xüsusi milli rəqslərlə qarşılanması isə sosial şəbəkələrdə gündəm olub.
Qeyd edək ki, Lukaşenko artıq görüşlərə başlayıb. Zimbabve lideri ilə təkbətək görüş isə sabah olacaq.
Sabah ölkə rəhbərlərinin iştirakı ilə Zimbabve Respublikasında təsərrüfatların mexanizasiyası proqramının ikinci mərhələsinin başa çatması və üçüncü fazanın başlanması çərçivəsində Belarus istehsalçılarının avadanlıqlarının təhvil verilməsi mərasimi də keçiriləcək.
- Müharibə yaxınlaşır: Xamenei şəhid olmağı gözə alıb...
- Çelsi Baxşıyevaya görə FHN-dən qovulan rəisin doğmaları...
- Ramazanın 5-ci günü: Dua, imsak və iftar vaxtı...
- Bu ərazilərə qar yağacaq – Xəbərdarlıq
- Müdafiə Nazirliyi həftəlik icmalını təqdim etdi - Video
- Bəzi yollarda görünüş məsafəsi məhdudlaşacaq
- Gəncədə xəstəxanada körpə öldü
- Sabahın hava proqnozu açıqlandı