"Xəzər axşamları" verilişində maraqlı anlar yaşanıb. Verilişin qonağı olan müğənni Manaf Ağayev verdiyi açıqlamalarla diqqəti öz üzərinə çəkib.
BUTA.TV xəbər verir ki, aparıcı əvvəlcə Əməkdar artist Elnarə Abdullayevanın ünvanına xoş sözlər söyləyib. Bu zaman Manaf Ağayev onunla həmrəylik nümayiş etdirib. O, Elnarə Abdullayevanın sənətini yüksək qiymətləndirdiyini deyib: "Elnarə xanımın əli çiynimdə olsa, bütün mahnıları oxuya bilərəm".
Digər qonaqlar isə Manaf Ağayevin ifa tərzini bəyəndiklərini deyərək, onun sənətini müsbət qiymətləndirdiklərini bildiriblər. Müğənninin reaksiyası hər kəsi təəccübləndirib: "Oxumaq boş şeydir. Əsas yaxşı ailə başçısı, yaxşı ata, yaxşı dost, yaxşı kişi olmaqdır. Manafı bu keyfiyyətlərinə görə sevin".
- Müharibə yaxınlaşır: Xamenei şəhid olmağı gözə alıb...
- Çelsi Baxşıyevaya görə FHN-dən qovulan rəisin doğmaları...
- Ramazanın 5-ci günü: Dua, imsak və iftar vaxtı...
- Bu ərazilərə qar yağacaq – Xəbərdarlıq
- Müdafiə Nazirliyi həftəlik icmalını təqdim etdi - Video
- Bəzi yollarda görünüş məsafəsi məhdudlaşacaq
- Gəncədə xəstəxanada körpə öldü
- Sabahın hava proqnozu açıqlandı