Qərb Kiyevi NATO-ya qəbul etmək üçün cəsarət nümayiş etdirsəydi, Rusiyanın Ukraynaya genişmiqyaslı işğalından qaçmaq olardı.
BUTA.TV xəbər verir ki, bunu Böyük Britaniyanın keçmiş baş naziri Boris Conson deyib.
“Onilliklər ərzində biz NATO və Ukrayna ilə bağlı qeyri-müəyyən diplomatiyadan istifadə etdik və bu, tam fəlakətlə başa çatdı. Ukraynalılara illərdir NATO-dakı “açıq qapı” siyasətimizdən və öz talelərini seçmək hüququndan danışırıq. Bütün bu müddət ərzində isə Moskvaya açıq şəkildə bildirdik ki, Ukrayna heç vaxt alyansa qoşulmayacaq. Nəticədə Avropa son 80 ilin ən dəhşətli müharibəsini yaşayır. Rusiya Prezidenti Vladimir Putin saysız-hesabsız həyatı, evləri, ümidləri və arzuları məhv edib. Putin Ukraynaya hücum etdi, çünki bizim Kiyevi müdafiə etməkdə o qədər də ciddi olmadığımıza inanırdı”, - Conson bildirib.
- Müharibə yaxınlaşır: Xamenei şəhid olmağı gözə alıb...
- Çelsi Baxşıyevaya görə FHN-dən qovulan rəisin doğmaları...
- Ramazanın 5-ci günü: Dua, imsak və iftar vaxtı...
- Bu ərazilərə qar yağacaq – Xəbərdarlıq
- Müdafiə Nazirliyi həftəlik icmalını təqdim etdi - Video
- Bəzi yollarda görünüş məsafəsi məhdudlaşacaq
- Gəncədə xəstəxanada körpə öldü
- Sabahın hava proqnozu açıqlandı