Qəbələ rayonunun Həzrə kəndində yerləşən tarixi qəbiristanlıqdakı 4 türbə və 4 sənduqə tarix-mədəniyyət abidəsi kimi dövlət qeydiyyatındadır.
Bu barədə BUTA.TV-ın sorğusuna cavab olaraq Mədəniyyət Nazirliyi yanında Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətindən açıqlama verilib.
Məlumata görə, sözügedən qəbirstanlıq yerli sakinlər arasında ibadət yeri kimi tanınır:
“Tarixi abidələrin yerləşdiyi ərazi daim nəzarətdə saxlanılır. Qəbirstanlıqda həm mühafizəçilər, həm də yerli sakinlər tərəfindən mütəmadi təmizlik işləri görülür.
Türbələr ətrafında abadlaşma işlərinin aparılması isə investisiya layihələrin siyahısına daxil edilib”.
Qeyd edək ki, tarixçi Zaur Əliyev XV-XVI və XI-XII əsrlərə aid qəbiristanlığın dağılmaq təhlükəsilə üz-üzə olduğu barədə məlumat yaymışdı.
- Müharibə yaxınlaşır: Xamenei şəhid olmağı gözə alıb...
- Çelsi Baxşıyevaya görə FHN-dən qovulan rəisin doğmaları...
- Ramazanın 5-ci günü: Dua, imsak və iftar vaxtı...
- Bu ərazilərə qar yağacaq – Xəbərdarlıq
- Müdafiə Nazirliyi həftəlik icmalını təqdim etdi - Video
- Bəzi yollarda görünüş məsafəsi məhdudlaşacaq
- Gəncədə xəstəxanada körpə öldü
- Sabahın hava proqnozu açıqlandı