Az öncə Türkiyədə yaşayan və fəaliyyət göstərən çox dəyərli Cahangir Novruzovla əlaqə yaratdım. Vəziyyət hər bir bölgədə gərgindir. Bilirsiniz ki, Cahangir müəllimin yaşadığı ərazidə, Adanada da dağıntılar var.
BUTA.TV Globalinfo.az-a istinadən xəbər verir ki, bunu aparıcı Vasif Ayan deyib.
O deyib ki, Cahangir müəllim vəziyyətlə bağlı danışıb, deyib ki, bu gecə də pis şeylər yaşaya bilərik.
"Heç kimə evlərində qalmağa icazə vermirlər. Bu saat biz Adana yaxınlığında bir kəndə gəlmişik. Orda bir yarım qatlı evdir, bir şey tərpənərsə, tez aşağı gedə bilərik. Heç kəsə gecə evdə qalmağa icazə vermirlər, bura toplanmış 5-10 ailə oturacağıq səhərə qədər. Səhər saat 4-ə yaxın zəlzələ çox güclü oldu, təxminən 1 dəqiqə 40 saniyə çəkdi. Bu böyük bir zəlzələdir. Maraş, Nur dağı var, o tərəflərdə oldu. Bizdə hardasa 7.2 – 7.4 oldu, amma çox güclü gəldi. Düzdür, bizim ev daha dayanqlıdır, deyirlər, 9 bal gücündə zəlzələyə dözür. Deyilənə görə, yenə ağır zəlzələ olma ehtimalı ola bilər. Adanada 3-4 bina çöküb, altında nə qədər insanlar... – öldümü, qaldımı, bəlli deyil. Amma səsləri gəlir. Bir də ən dəhşətlisi budur ki, dünən gecə sel kimi yağış yağdı. O insanlar xilas edilsələr də, sətəlcəmdən ölə bilərlər.
Biz pis deyilik, ailəmiz qorxub, nəvəm yanımdadır. Onları sakitləşdirmək lazımdır. İnşallah, Allah kömək olsun hamıya”, – V.Ayan xalq artisti Cahangir Novruzovun sözlərindən sitat gətirib.
- Bu şəxslərə əlavə kompensasiyalar ödəniləcək
- Deputat tərəfindən döydürüldüyü deyilən şəxs işdən çıxdı
- Səhər saatlarında Bakıda obyektdə partlayış oldu - Video
- İstifadəyə yararsız döyüş sursatları məhv ediləcək
- Bu şəhərdə işıq olmayacaq
- İranlı nazir Bakıya gəldi
- Müharibə yaxınlaşır: Xamenei şəhid olmağı gözə alıb...
- Çelsi Baxşıyevaya görə FHN-dən qovulan rəisin doğmaları...