ABŞ Prezidenti Co Baydenin bu ay Polşaya səfər edəcəyi gözlənilir.
BUTA.TV xəbər verir ki, “NBC Nyus” mənbələrə istinadan məlumat yayıb.
Mənbənin məlumatına görə, Baydenin Polşaya səfəri fevralın sonuna nəzərdə tutulur.
Bildirilib ki, səfərlə bağlı yekun razılaşma olmadığı üçün dəqiq tarix də verilməyib.
ABŞ Milli Təhlükəsizlik Şurasının rəsmisi məsələ ilə bağlı açıqlama verməkdən imtina edib.
Qeyd edək ki, ötən ay da Co Baydenin Polşaya səfər edəcəyi ilə bağlı məlumatlar yayılmışdı.
- Bu şəxslərə əlavə kompensasiyalar ödəniləcək
- Deputat tərəfindən döydürüldüyü deyilən şəxs işdən çıxdı
- Səhər saatlarında Bakıda obyektdə partlayış oldu - Video
- İstifadəyə yararsız döyüş sursatları məhv ediləcək
- Bu şəhərdə işıq olmayacaq
- İranlı nazir Bakıya gəldi
- Müharibə yaxınlaşır: Xamenei şəhid olmağı gözə alıb...
- Çelsi Baxşıyevaya görə FHN-dən qovulan rəisin doğmaları...