Azərbaycanda Türkiyədəki zəlzələdən zərərçəkənlərə humanitar yardım toplanmasına başlanılıb.
BUTA.TV xəbər verir ki, zərərçəkənlərin əsasən qış paltarları, o cümlədən gödəkçə, şalvar, əlcək, coraba ehtiyacları var.
Bundan başqa, çətin vəziyyətdə olan insanlara çadır, yataq, yorğan, döşək, əl fənəri, generator, poverbank, təmizlik alətləri lazımdır.
Yardımlar Bakı şəhəri, Babək prospekti 27, “Doğtaş” mebel mağazasında toplanır.
Qeyd edək ki, fevralın 6-da Türkiyədə 7,7 maqnitudalı zəlzələ olub. Nəticədə 3 381 nəfər ölüb, 20 426 nəfər yaralanıb. 5 775 bina dağılıb.
- Bu şəxslərə əlavə kompensasiyalar ödəniləcək
- Deputat tərəfindən döydürüldüyü deyilən şəxs işdən çıxdı
- Səhər saatlarında Bakıda obyektdə partlayış oldu - Video
- İstifadəyə yararsız döyüş sursatları məhv ediləcək
- Bu şəhərdə işıq olmayacaq
- İranlı nazir Bakıya gəldi
- Müharibə yaxınlaşır: Xamenei şəhid olmağı gözə alıb...
- Çelsi Baxşıyevaya görə FHN-dən qovulan rəisin doğmaları...