Zəlzələ nəticəsində aviaşirkətin xidmətlərindən yararlana bilməyən AZAL-ın Türkiyəyə və geri gələn sərnişinlərinə aviabiletlərin dəyərinin cərimə tətbiq edilmədən tam qaytarılmasına və ya ödənişsiz yenidən bronlaşdırılmasına icazə verilir.
Bu barədə BUTA.TV-a "Azərbaycan Hava Yolları" QSC-nin Mətbuat xidmətindən bildirilib.
Türkiyənin aşağıdakı şəhərlərində baş vermiş zəlzələ səbəbindən:
Kahramanmaraş, Qaziantep, Şanlıurfa, Malatya, Diyarbəkir, Mardin, Batman, Ərzurum, Ərzincan, Sivas, Şırnak, Siirt, Van, Muş, Bingöl, Ağrı, Iğdır, Adana, Qars, Rizə, Trabzon, Giresun, Ordu, Samsun, Tokat, Merzifon, Kayseri, Adıyaman, Hatay, Elazığ, Nevşehir, Kastamonu və Sinop
Ankara, İstanbul, İzmir və Antalyanın bütün beynəlxalq hava limanlarına reys yerinə yetirən AZAL və “Buta Airways”in fevralın 6-dək əldə edilmiş uçuş tarixi fevralın 6-dan 21-dək olan aviabiletlərinin, 31 mart 2023-cü il daxil olmaqla, “involuntary” proseduru çərçivəsində geri qaytarılması və istənilən digər tarixlərə yenidən bron edilməsi təmin olunur.
- Tərxis olunan hərbiçilərin nəzərinə!
- Bakıda 53 yaşlı kişi qətlə yetirildi
- Gəncədə qanunsuz tikili söküldü - Video
- Hərbi xidmətlə bağlı dəyişiklik...
- Balakənin sabiq başçısının həbs müddəti uzadıldı
- Peyvənd vurulan körpə öldü
- Bakıda məşhur klinika 20 min manat cərimələndi - Səbəb
- Ötən həftə 593 yanğın oldu, 37 nəfər xilas edildi