"Bir gün keçib, həlak olanların sayı isə durmadan artır. Hadisə yerindən olan videoları izləmək çox çətindir".
Bu sözləri Xalq artisti Aygün Kazımova sosial şəbəkə hesabında yazıb. Türkiyədə baş verən zəlzələdən video yayımlayan müğənni kədərini bu sözlərlə ifadə edib:
"Bu necə dəhşətli mənzərədir... Dağıntılar altından qurtardığı övladı atanın qollarında can verir... Bunları izləməyə ürək dözmür. İlahi, sən özün körpələrə, insanlara kömək ol. Allahdan dünyasını dəyişənlərə rəhmət, sağ qalanlara isə səbr, güc diləyirəm. Başın sağ olsun, Türkiyə".
Kazımova videoya Eldar Mansurovun "Keçmiş olsun" mahnısını yerləşdirib.
Qeyd edək ki, sözügedən bəstə 1999-cu ilin avqustunda Türkiyədə baş vermiş zəlzələdə dünyasını dəyişənlərə həsr olunub. Mahnını Xalq artistləri Flora Kərimova, Aygün Kazımova, İlqar Muradov, Səməd Səmədov, Elxan Əhədzadə, Əməkdar artistlər Ruhəngiz Allahverdiyeva, Almaz Ələsgərova, müğənni Mətanət Əbdülova ifa edib./
- Tərxis olunan hərbiçilərin nəzərinə!
- Bakıda 53 yaşlı kişi qətlə yetirildi
- Gəncədə qanunsuz tikili söküldü - Video
- Hərbi xidmətlə bağlı dəyişiklik...
- Balakənin sabiq başçısının həbs müddəti uzadıldı
- Peyvənd vurulan körpə öldü
- Bakıda məşhur klinika 20 min manat cərimələndi - Səbəb
- Ötən həftə 593 yanğın oldu, 37 nəfər xilas edildi