Bir neçə gün əvvəl zəlzələdən əziyyət çəkənlərə öz maşını ilə yardım aparması ilə gündəmə gələn Sərvər Bəşirli Türkiyəyə göndəriləcək.
“BUTA.TV” xəbər verir ki, S.Bəşirli növbəti dəfə yardım aparan zaman həmin məkanda türkiyəli iş adamları ilə görüşüb. “Türkiyə-Azərbaycan İş Adamları və Sənayeçiləri İctimai Birliyi”nin sədri Hüseyn Büyükfırat həmyerlimizə bildirib ki, o, Türkiyənin Adıyaman şəhərində yardımla bağlı işlərdə iştirak edə bilər. Məlumata görə, Adıyamanda Azərbaycandan göndərilən yardımların paylanması ilə bağlı mərkəz yaradılacaq: “Sərvər qardaşımızı da 1-2 gün içərisində orada çalışması üçün göndərəcəyik”. Qeyd olunur ki, Sərvər Bəşirli daha əvvəl “Anadolu” agentliyinin müxbirinə verdiyi açıqlamasında Türkiyədə zəlzələ bölgəsinə gedib könüllü olaraq yardım etmək istədiyini bildirib.
- Diqqət: bu yolda sürücüləri saxlayıb, pul tələb edirlər
- MN-in vəzifəli şəxsi ona rüşvət çatdırdığını etiraf etdi
- Sosial şəbəkədə əxlaqsız ifadələr: 6 nəfər məsuliyyətə cəlb edildi
- Nazirliyin sosial layihəsi: mənzillərin satışı davam edir
- Naxçıvanda imzalanmış 10 fərman ləğv edildi
- Bakıda qəzalı su xətləri yeniləndi - Video
- "Rüzgar"ın anası oğlunun qatilini bağışladı
- Metroda şüşə arakəsmələrin quraşdırılması... – Rəsmi