Marketlərdə tavanda yanan lampalardan tutmuş havayı hesab etdiyiniz torbalara qədər, hər şeyin xərci satılan məhsullar üzərinə paylanaraq istehlakçılara ötürülür.
BUTA.TV xəbər verir ki, bu sözləri iqtisadçı ekspert Eldəniz Əmirov qeyd edib.
“Məhsulun maya dəyərinə istehsal prosesində istifadə olunan təbii ehtiyatların, xammalın, materialın, yanacağın, enerjinin, əsas fondların, əmək ehtiyatlarının qiymətləndirilmiş dəyərini, həmçinin onların istehsalına və satışına sərf edilən digər məsrəflər daxildir. Torbanın xərci də məhz digər məsrəflər hissəsində gizlənirdi. Bu xərcin çek üzərində 3-5 qəpik olaraq göstərilməsi insanların daha məsuliyyətli olması üçündür. Əlqərəz, bu günə qədər torbanın qiymətinin çek üzərində yazılmaması polietilen torbanı bizə market sahibinin cibindən alması demək deyildi”, - iqtisadçı bildirib.
- Sosial ödəniş alanların diqqətinə!
- Alim Qasımov Bakıda zavod açdı
- Sürücülərin nəzərinə: Bu yollarda hərəkət tam məhdudlaşdırılır
- 7 professor elmi şuradan niyə kənarlaşdırılıb?
- Ramazanın 6-cı günü: Dua, imsak və iftar vaxtı...
- Müşfiq Abbasov həbs olundu - Baş Prokurorluq
- Qarşıdakı iki gün ərzində Bakıda hava necə olacaq?
- AQTA-dan dəniz kənarındakı quş cəsədlərinə reaksiya