Bu gün Tofiq Bəhramov adına Respublika Stadionunda Ağdamın “Qarabağ” futbol klubunun UEFA Konfrans Liqasının pley-off mərhələsinin ilk oyunundan əvvəl sonuncu açıq məşqi keçirilib.
BUTA.TV xəbər verir ki, açıq məşqdə futbolçular baş məşqçi Qurban Qurbanovun bir sıra hərəkətlər üzrə tapşırıqlarını yerinə yetiriblər.
Məşq prosesi yerli və əcnəbi kütləvi informasiya vasitələri tərəfindən işıqlandırılıb.
Qeyd edək ki, fevralın 16-da Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək “Qarabağ” – “Gent” (Belçika) qarşılaşması saat 21:45-də başlayacaq. Cavab görüşü fevralın 23-də Gentdə olacaq.
- Sosial ödəniş alanların diqqətinə!
- Alim Qasımov Bakıda zavod açdı
- Sürücülərin nəzərinə: Bu yollarda hərəkət tam məhdudlaşdırılır
- 7 professor elmi şuradan niyə kənarlaşdırılıb?
- Ramazanın 6-cı günü: Dua, imsak və iftar vaxtı...
- Müşfiq Abbasov həbs olundu - Baş Prokurorluq
- Qarşıdakı iki gün ərzində Bakıda hava necə olacaq?
- AQTA-dan dəniz kənarındakı quş cəsədlərinə reaksiya