Futbolçularıma təşəkkür edirəm. Bu gün meydanda sonadək mübarizə aparan kollektiv gördüm.
BUTA.TV xəbər verir ki, bunu "Qarabağ"ın baş məşqçisi Qurban Qurbanov Bakıda Belçika "Gent"inə 1:0 hesabı ilə qalib gəldikləri UEFA Konfrans Liqasının pley-off mərhələsinin ilk matçından sonra mətbuat konfransında deyib.
"Dinamik rəqibə qarşı çıxış edirdik. Bu cür komandalara həmişə hörmətlə yanaşıram. Çox sürətli oynayırdılar. Onlara qarşı mübarizə aparmaq böyümək üçün şansdır", - Q.Qurbanov söyləyib.
Baş məşqçi rəqibin aqressiv pressinq etdiyini vurğulayıb: "Bu səbəbdən uzun toplar üzərində çox çalışmışdıq. Onların hücumda potensialı çox yaxşıdır".
- Pirşağı və Ləhic bağlarında işıq olmayacaq
- Bu gün Novruzun ilk çərşənbəsidir
- Sosial ödəniş alanların diqqətinə!
- Alim Qasımov Bakıda zavod açdı
- Sürücülərin nəzərinə: Bu yollarda hərəkət tam məhdudlaşdırılır
- 7 professor elmi şuradan niyə kənarlaşdırılıb?
- Ramazanın 6-cı günü: Dua, imsak və iftar vaxtı...
- Müşfiq Abbasov həbs olundu - Baş Prokurorluq