Yevlaxda 2003-cü il təvəllüdlü Başxanım İlqar qızı Salmanovanın qətli ilə bağlı bəzi təfərrüatlar məlum olub.
BUTA.TV Report-a istinadən xəbər verir ki, hadisə fevralın 16-da axşam saat 22 radələrində Yevlax şəhərində, fərdi yaşayış evlərinin birində baş verib.
20 yaşlı qadın başına tüfəngdən açılan atəş nəticəsində öldürülüb.
Qonşularının sözlərinə görə, qadın əvvəllər ailəli olub, sonra boşanıb.
Qətlin qısqanclıq zəminində B.Salmanovanın qardaşı tərəfindən törədildiyi ehtimal olunur.
Faktla bağlı cinayət işi açılıb, araşdırma aparılır.
- Pirşağı və Ləhic bağlarında işıq olmayacaq
- Bu gün Novruzun ilk çərşənbəsidir
- Sosial ödəniş alanların diqqətinə!
- Alim Qasımov Bakıda zavod açdı
- Sürücülərin nəzərinə: Bu yollarda hərəkət tam məhdudlaşdırılır
- 7 professor elmi şuradan niyə kənarlaşdırılıb?
- Ramazanın 6-cı günü: Dua, imsak və iftar vaxtı...
- Müşfiq Abbasov həbs olundu - Baş Prokurorluq