Rusiya Müdafiə Nazirliyi “Vaqner”in sursat təchizatını tamamilə kəsib. Muzdluların artilleriya bölmələri sursat çatışmazlığından şikayətlənirlər.
BUTA.TV xəbər verir ki, bu barədə sosial şəbəkədə yaraqlıların sursat çatışmazlığından şikayətləndiyi videosu yayılıb.
“Hazırda silah-sursat təchizatımız tamamilə kəsilib”, - vaqnerçilər bildiriblər.
Muzdluların artilleriya haubitsaları, tank əleyhinə sistemlər və minaatanlar üçün kifayət qədər sursatları yoxdur:
“Müdafiə Nazirliyindən həmkarlarımıza və dostlarımıza müraciət edirik. Əminik ki, anbarlarda bu sursatlar var. Əgər kömək etsəniz və onları bizə çatdırsanız, minnətdar olarıq. Belədə çox sayda insan sağ qalacaq və döyüşlərdə iştirakını davam etdirə biləcək. Bu, müharibənin gedişatına təsir edəcək. Biz sizin üçün çalışacağıq, bu işi görəcəyik. Bizə kömək edin”.
- Pirşağı və Ləhic bağlarında işıq olmayacaq
- Bu gün Novruzun ilk çərşənbəsidir
- Sosial ödəniş alanların diqqətinə!
- Alim Qasımov Bakıda zavod açdı
- Sürücülərin nəzərinə: Bu yollarda hərəkət tam məhdudlaşdırılır
- 7 professor elmi şuradan niyə kənarlaşdırılıb?
- Ramazanın 6-cı günü: Dua, imsak və iftar vaxtı...
- Müşfiq Abbasov həbs olundu - Baş Prokurorluq