Rusiya Ermənistan və Azərbaycan XİN rəhbərlərinin Moskvada görüşünü təşkil etməyə hazırdır.
BUTA.TV xəbər verir ki, bunu Rusiya XİN-in sözçüsü Mariya Zaxarova deyib.
“Rusiya ölkələr arasında sülh müqaviləsinin bağlanması prosesinə kömək etməyə davam edir. Bu kontekstdə Rusiya XİN-in xüsusi nümayəndəsi Xovayev bu yaxınlarda İrəvana və Bakıya məhsuldar səfər etdi: hər iki tərəf Moskvanın bu məsələdə vasitəçiliyində maraqlı olduqlarını təsdiq etdilər”, - Zaxarova bildirib.
Qeyd edək ki, daha əvvəl Rusiya xarici işlər nazirinin müavini Sergey Ryabkov Ermənistan, Rusiya və Azərbaycan XİN rəhbərlərinin üçtərəfli görüşü üzərində iş getdiyini bildirib.
- Pirşağı və Ləhic bağlarında işıq olmayacaq
- Bu gün Novruzun ilk çərşənbəsidir
- Sosial ödəniş alanların diqqətinə!
- Alim Qasımov Bakıda zavod açdı
- Sürücülərin nəzərinə: Bu yollarda hərəkət tam məhdudlaşdırılır
- 7 professor elmi şuradan niyə kənarlaşdırılıb?
- Ramazanın 6-cı günü: Dua, imsak və iftar vaxtı...
- Müşfiq Abbasov həbs olundu - Baş Prokurorluq