İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin Müşahidə Şurasının iclası keçirilib
BUTA.TV xəbər verir ki, Baş nazir Əli Əsədovun sədrliyi ilə keçirilən iclasın gündəliyində Azərbaycan Respublikası Prezidentinin 22 iyul 2022-ci il tarixində “Azərbaycan Respublikasının 2022-2026-cı illərdə sosial-iqtisadi inkişaf Strategiyası”nın və 16 noyabr 2022-ci il tarixli “Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərinə Böyük Qayıdışa dair I Dövlət Proqramı”nın təsdiq edilməsi haqqında Sərəncamlarından Nazirlər Kabinetinə həvalə olunan tapşırıqların icrası, İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin fəalliyyət planının əsas istiqamətləri və nəticələri, təşkilati-struktur məsələləri geniş müzakirə olunub.
İclasda İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin icraçı direktoru Vüsal Qasımlının təqdimatı dinlənilib.
İclasın yekununda “Strategiyada və Böyük Qayıdışa dair I Dövlət Proqramında” nəzərdə tutulmuş tədbirlərin icrasının monitorinqi və qiymətləndirilməsi ilə bağlı İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinə müvafiq tapşırıqlar verilib.
- Pirşağı və Ləhic bağlarında işıq olmayacaq
- Bu gün Novruzun ilk çərşənbəsidir
- Sosial ödəniş alanların diqqətinə!
- Alim Qasımov Bakıda zavod açdı
- Sürücülərin nəzərinə: Bu yollarda hərəkət tam məhdudlaşdırılır
- 7 professor elmi şuradan niyə kənarlaşdırılıb?
- Ramazanın 6-cı günü: Dua, imsak və iftar vaxtı...
- Müşfiq Abbasov həbs olundu - Baş Prokurorluq