"Gizchina" portalının redaksiyası fevral ayında 300 dollardan aşağı olan beş ən yaxşı "Android" smartfonlarının siyahısını tərtib ediblər.
BUTA.TV-ın Trend-ə istinadən məlumatına görə, birinci yerdə "Snapdragon 695" çipi, 6 QB əməliyyat yaddaşı və 128 QB daxili yaddaş əldə edən yeni "Poco X5 5G" qərarlaşıb.
İkinci yeri "Realme 10 Pro" smartfonu tutub. "Snapdragon 695" çipi, 8 QB əməliyyat yaddaşı və 256 GB daxili yaddaş smartfonun işləməsinə cavabdehdir.
Ardınca "Dimesity 1080" çipi, 8 QB əməliyyat yaddaşı və 128 QB daxili yaddaş ilə "Redmi Note 12 Pro" gəlir.
Siyahıya həmçinin Vivo T2X və Honor X8A daxil edilib.
- Pirşağı və Ləhic bağlarında işıq olmayacaq
- Bu gün Novruzun ilk çərşənbəsidir
- Sosial ödəniş alanların diqqətinə!
- Alim Qasımov Bakıda zavod açdı
- Sürücülərin nəzərinə: Bu yollarda hərəkət tam məhdudlaşdırılır
- 7 professor elmi şuradan niyə kənarlaşdırılıb?
- Ramazanın 6-cı günü: Dua, imsak və iftar vaxtı...
- Müşfiq Abbasov həbs olundu - Baş Prokurorluq