İsmayıllı rayonunun Basqal qəsəbəsində xəsarətlə nəticələnən zəncirvari avtomobil qəzası olub.
BUTA.TV Report-a istinadən xəbər verir ki, axşam saatlarında yolun buz bağlaması səbəbindən 7 minik avtomobili - "Mersedes", "Opel", "Qazel", "Ford", "Toyota Prius", "Hunday SantaFe" və "VAZ-2107" markalı minik avtomobilləri bir-birinə çırpılıb, bəzi nəqliyyat vasitələri zərbənin təsirindən yoldan çıxaraq aşıb.
Hadisə zamanı 1968-ci il təvəllüdlü Şükürov Zabil Müqabil oğlu, 1988-ci il təvəllüdlü İsrafilov Mövlud Qiyas oğlu xəsarət alıblar.
Yaralılar təcili tibbi yardım avtomobili ilə Şamaxı rayon Mərkəzi Xəstəxanasına çatdırılıblar.
Faktla bağlı araşdırma aparılır.
- Pirşağı və Ləhic bağlarında işıq olmayacaq
- Bu gün Novruzun ilk çərşənbəsidir
- Sosial ödəniş alanların diqqətinə!
- Alim Qasımov Bakıda zavod açdı
- Sürücülərin nəzərinə: Bu yollarda hərəkət tam məhdudlaşdırılır
- 7 professor elmi şuradan niyə kənarlaşdırılıb?
- Ramazanın 6-cı günü: Dua, imsak və iftar vaxtı...
- Müşfiq Abbasov həbs olundu - Baş Prokurorluq