Tiflis formatı təbii olar, biz də bunu alqışlayırıq. Bu gün Dövlət katibi Blinkenin iştirakı ilə keçirilən görüşdə mən bunu rəsmən təklif kimi irəli sürmüşəm. Ermənistan tərəfindən cavab gözləyəcəyik.
BUTA.TV xəbər verir ki, bu barədə Prezident İlham Əliyev fevralın 18-də Münhendə televiziya kanallarına müsahibəsində bildirib.
“Bu gün keçiriləcək panel müzakirəsində Gürcüstanın Baş naziri İrakli Qaribaşvili də iştirak edəcək. Tiflis formatı gündəmə gələ bilərmi?” sualını cavablandıran Prezident İlham Əliyev deyib:
“Ola bilər. Çünki, bu, təbii olar. Biz də bunu alqışlayırıq. Mənim Gürcüstana etdiyim səfər zamanı bu məsələ müzakirə olundu. Ermənistan tərəfi buna bir qədər tərəddüdlə yanaşır. Ancaq hesab edirəm ki, bu, ədalətli olardı”, - İ.Əliyev söyləyib.
- Pirşağı və Ləhic bağlarında işıq olmayacaq
- Bu gün Novruzun ilk çərşənbəsidir
- Sosial ödəniş alanların diqqətinə!
- Alim Qasımov Bakıda zavod açdı
- Sürücülərin nəzərinə: Bu yollarda hərəkət tam məhdudlaşdırılır
- 7 professor elmi şuradan niyə kənarlaşdırılıb?
- Ramazanın 6-cı günü: Dua, imsak və iftar vaxtı...
- Müşfiq Abbasov həbs olundu - Baş Prokurorluq