Rusiya Prezidenti Vladimir Putin Federal Məclisə müraciətində xüsusi hərbi əməliyyata diqqət yetirəcək.
BUTA.TV xəbər verir ki, bunu Rusiya dövlət başçısının mətbuat katibi Dmitri Peskov deyib.
“Bu dövlət başçısının himayəsi altında keçirilən ən mühüm tədbirlərdən biridir. Bu gün ölkənin inkişafının belə məsuliyyətli və çətin mərhələsində hər kəs prezidentin xüsusi əməliyyatın gedişi və beynəlxalq aləmdəki vəziyyətlə bağlı fikrini eşitmək istəyir. Bundan əlavə, bir çoxları onun Rusiyanın çətinliklərin öhdəsindən necə gəldiyi və gələcək irəliləyişinin necə olacağına dair baxışından narahatdır”, - Peskov bildirib.
Qeyd edək ki, Putinin çıxışı fevralın 21-də baş tutacaq.
- Pirşağı və Ləhic bağlarında işıq olmayacaq
- Bu gün Novruzun ilk çərşənbəsidir
- Sosial ödəniş alanların diqqətinə!
- Alim Qasımov Bakıda zavod açdı
- Sürücülərin nəzərinə: Bu yollarda hərəkət tam məhdudlaşdırılır
- 7 professor elmi şuradan niyə kənarlaşdırılıb?
- Ramazanın 6-cı günü: Dua, imsak və iftar vaxtı...
- Müşfiq Abbasov həbs olundu - Baş Prokurorluq