Zəlzələ zonasında inşa ediləcək binalar 3-4 mərtəbədən hündür olmayacaq. Zəruri ehtiyaclara əsasən, binalar düzənlikdən dağlara doğru güclü təməl üzərində tikiləcək.
BUTA.TV xəbər verir ki, bu barədə Türkiyənin Ətraf Mühit, Şəhərsalma və İqlim Dəyişlikliyi üzrə naziri Murad Kurum deyib.
O, zəlzələ bölgəsində 927 min binada araşdırmaların tamamlandığını, 118 min binanın ağır zərər gördüyü, təcili sökülməsinin gərəkli olduğunu bildirib.
“11 vilayətdə cümhuriyyət tarixinin ən böyük fövqəladə bina tikinti səfərbərliyini həyata keçirəcəyik. Vətəndaşlara etibarlı evlərin açarlarını təqdim edəcəyik”, - deyə nazir bildirib.
- Pirşağı və Ləhic bağlarında işıq olmayacaq
- Bu gün Novruzun ilk çərşənbəsidir
- Sosial ödəniş alanların diqqətinə!
- Alim Qasımov Bakıda zavod açdı
- Sürücülərin nəzərinə: Bu yollarda hərəkət tam məhdudlaşdırılır
- 7 professor elmi şuradan niyə kənarlaşdırılıb?
- Ramazanın 6-cı günü: Dua, imsak və iftar vaxtı...
- Müşfiq Abbasov həbs olundu - Baş Prokurorluq