Sumqayıtda 63 yaşlı kişini maşın vurub öldürdü

10:44 - 20 Fevral 2023 - GÜNDƏM

 Sumqayıtda 63 yaşlı kişini maşın vurub öldürdü

Sumqayıt şəhərində avtomobilin vurduğu kişi xəstəxanada ölüb.

BUTA.TV xəbər verir ki, yol-nəqliyyat hadisəsi şəhərin Üzeyir Hacıbəyli küçəsi ilə Zülfi Hacıyev küçəsinin kəsişməsində qeydə alınıb.

Belə ki, 1958-ci il təvəllüdlü Nurəddin Nəsrəddin oğlu Quliyev avtomobil vurması nəticəsində müxtəlif dərəcəli bədən xəsarətləri alıb.

O, həkimlərin səyinə baxmayaraq yerləşdirildiyi Respublika Neyrocərrahiyyə Xəstəxanasında ölüb.

Bu xəbər hal-hazırda çox oxunur
Müşfiq Abbasov həbs olundu - Baş Prokurorluq

Faktla bağlı Sumqayıt Şəhər Polis İdarəsində cinayət işi başlanılıb.


Ən son xəbərləri səhifəmizdən də izləyin

Buta.ws

Qeydiyyat

Facebook ilə daxil ol

Daxil

Facebook ilə daxil ol