2022-ci ilin fevralında Rusiyanın Ukraynaya hücumunun qarşısını almaq mümkün olmadı.
BUTA.TV xəbər verir ki, bunu Polşa Prezidenti Andjey Duda deyib.
“Heç nə etmək mümkün deyildi. Ruslar uzun müddət idi ki, hərbi birləşmələr toplayırdı. Bizdə məlumat var idi ki, Ukrayna sərhədləri ətrafında hərbçilərin sayı 150 mini keçib və yavaş-yavaş 200 minə yaxınlaşır. Biz hansısa formada təcavüzün baş verəcəyini gözləyirdik və Rusiyanın genişmiqyaslı təcavüz etmək niyyətində olduğunu, bütün Ukraynanı işğal etmək cəhdinin olacağını göstərən xəbərlər alırdıq. Avropa liderləri müharibənin qarşısını almaq üçün Rusiya Prezidenti Vladimir Putinlə danışdılar, lakin təcavüzün qaçılmaz olduğu aydın idi. Hamı hardasa Rusiyanın bu hücumu həyata keçirməyəcəyinə ümid bəsləyirdi. Amma 24 fevralda baş verənləri hamımız yaxşı bilirik”, - Duda bildirib.
- Amnistiya aktı nə qədər insana şamil olunub?
- Ara məsafəsi saxlamadılar, qəza oldu - Anbaan video
- Azərbaycanlı şagird 82 min dollar təqaüd alacaq
- “Kahı” yükündən 80 kq marixuana çıxdı - FOTO
- Prezident təsdiq etdi: Kimlərin maaşı artacaq?
- Sabiq deputat Türkiyədə vəfat etdi - Foto
- Yeni BAHALAŞMA gəlir: Nə olacaq?
- Fuad Nəcəfli həbs olunacaq? – AÇIQLAMA