“Meta” şirkəti “Facebook” və “Instagram” istifadəçilərinə ayda 14,99 dollara hesablarını təsdiq etməyə imkan verən ödənişli abunə xidmətini işə salır.
BUTA.TV xəbər verir ki, “Financial Times” bunu şirkətin baş icraçı direktoru Mark Zukerberqə istinadən yazıb. “Meta Verified” adlanan yeni xidmət istifadəçilərə mavi işarə, istifadəçini təqlid edən hesablardan qorunma və müştəri dəstəyinə birbaşa çıxış əldə etməyə imkan verəcək”, – Zukerberq deyib. Xidmətin aylıq qiyməti komputer versiyası üçün 11,99 dollar, iOS və Android üçün isə 14,99 dollar olacaq. Bu həftə “Meta Verified” Avstraliya və Yeni Zelandiyada istifadəyə veriləcək.
Zukerberq onu da bildirib ki, “Meta Verified” istifadəçilərə öz hesablarını dövlət tərəfindən verilmiş şəxsiyyət vəsiqəsi ilə təsdiqləməyə imkan verəcək. İstifadəçilər həmçinin axtarış və tövsiyələrdə görünmə kimi daha çox “görünürlük və əhatə dairəsini artırmaq” funksiyalarına çıxış əldə edəcəklər.
- Amnistiya aktı nə qədər insana şamil olunub?
- Ara məsafəsi saxlamadılar, qəza oldu - Anbaan video
- Azərbaycanlı şagird 82 min dollar təqaüd alacaq
- “Kahı” yükündən 80 kq marixuana çıxdı - FOTO
- Prezident təsdiq etdi: Kimlərin maaşı artacaq?
- Sabiq deputat Türkiyədə vəfat etdi - Foto
- Yeni BAHALAŞMA gəlir: Nə olacaq?
- Fuad Nəcəfli həbs olunacaq? – AÇIQLAMA