Baydenin son ana qədər gizli saxlanılan indiki səfərinin xüsusi əhəmiyyəti var.
BUTA.TV xəbər verir ki, bu sözləri politoloq Elxan Şahinoğlu ABŞ lideri Co Baydenin Ukraynaya səfəri haqda qeyd edib.
“Birincisi, Bayden Amerikanın Ukraynaya yeni yardımlarını Kiyevdə ikən açıqlamağı lazım bilib.
İkincisi, Bayden Rusiyanın genişlənən hücumları fonunda Kreml sahibi Vladimir Putinə mesaj yollayıb ki, ABŞ Ukraynanın məğlub olmasına imkan verməyəcək və Ukrayna prezidenti Vladimir Zelenskini əks-hücuma həvəsləndirəcək.
Üçüncüsü, Bayden döyüşlərin gərgin olduğu hazırki günlərində Kiyevə getməklə Avropa ölkələrinə Ukraynaya hərbi texnika göndərmək məsələsində Amerika qədər cəsarətli olmağı işarə edib”, - o bildirib.
- Amnistiya aktı nə qədər insana şamil olunub?
- Ara məsafəsi saxlamadılar, qəza oldu - Anbaan video
- Azərbaycanlı şagird 82 min dollar təqaüd alacaq
- “Kahı” yükündən 80 kq marixuana çıxdı - FOTO
- Prezident təsdiq etdi: Kimlərin maaşı artacaq?
- Sabiq deputat Türkiyədə vəfat etdi - Foto
- Yeni BAHALAŞMA gəlir: Nə olacaq?
- Fuad Nəcəfli həbs olunacaq? – AÇIQLAMA