Təhlükəsizlik üçün Baydenə Lvova səfər etmək təklif olunub. Ancaq o, bundan imtina edib.
BUTA.TV xəbər verir ki, bu sözləri politoloq Elxan Şahinoğlu qeyd edib.
O bildirib ki, Rusiya rəsmiləri ard-arda ABŞ Prezidenti Co Baydenə Kiyevə getməsi üçün təhlükəsizlik təminatı verdiklərini elan edirlər:
“Yəni demək istəyirlər ki, Bayden Kiyevdə olduğu saatlarda Ukraynanın paytaxtına zərbə endirməyəcəkdilər. Bu açıqlamalar Baydeni aşağılamaq məqsədi daşıyır. Guya Kreml təhlükəsizlik təminatı verməsəydi, ABŞ Prezidenti Kiyevə ayağını basmayacaqdı.
Əlbəttə, Co Bayden Kiyevə gəlmədən öncə ABŞ kəşfiyyat strukturları prezidentin təhlükəsizliyi üçün bütün tədbirləri görüblər. Ancaq Kremlin təhlükəsizlik təminatına inanmaq olarmı?
Baydenə ukraynalı həmkarı Vladimir Zelenski ilə Polşa-Ukrayna sərhədinə yaxın Lvov şəhərində görüşməyi təklif ediblər. O, bu təklifi rədd edərək Kiyevə gəlib”.
- Amnistiya aktı nə qədər insana şamil olunub?
- Ara məsafəsi saxlamadılar, qəza oldu - Anbaan video
- Azərbaycanlı şagird 82 min dollar təqaüd alacaq
- “Kahı” yükündən 80 kq marixuana çıxdı - FOTO
- Prezident təsdiq etdi: Kimlərin maaşı artacaq?
- Sabiq deputat Türkiyədə vəfat etdi - Foto
- Yeni BAHALAŞMA gəlir: Nə olacaq?
- Fuad Nəcəfli həbs olunacaq? – AÇIQLAMA