Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın xanımı Əminə Ərdoğan Hatayın Dəfnə və Samandağ rayonlarında baş verən yeni zəlzələlərlə bağlı Tvitter hesabında paylaşım edib.
BUTA.TV xəbər verir ki, paylaşımda deyilir:
"Ağrımız təzə ikən Hatayda baş verən və ətraf şəhərlərimizdə də hiss olunan zəlzələ xəbəri məni çox kədərləndirdi. Bütün zərər çəkmiş vətəndaşlarımıza ən xoş arzularımı göndərirəm. İnşallah, can itkisi olmaz. Xəsarət alan vətəndaşlarımıza tezliklə şəfa diləyirəm".
Qeyd edək ki, yerli vaxtla saat 20:04-də Türkiyənin Hatay vilayətində 6,4 və 5,8 bal gücündə ardıcıl güclü zəlzələlər baş verib, 5 bal civarında afterşoklar olub.
İlkin məlumata görə, bu zəlzələdə 3 nəfər həlak olub, 313 nəfər yaralanıb.
- Dünyanın ən varlı 65-ci adamı azərbaycanlıdır
- Amnistiya aktı nə qədər insana şamil olunub?
- Ara məsafəsi saxlamadılar, qəza oldu - Anbaan video
- Azərbaycanlı şagird 82 min dollar təqaüd alacaq
- “Kahı” yükündən 80 kq marixuana çıxdı - FOTO
- Prezident təsdiq etdi: Kimlərin maaşı artacaq?
- Sabiq deputat Türkiyədə vəfat etdi - Foto
- Yeni BAHALAŞMA gəlir: Nə olacaq?