Biz Sovet tərbiyəsi almış insanlarıq. Sovet dövründə adicə əməkdar artist rəhmətə gedirdisə, onu Akademik Milli Dram Teatırnın səhnəsindən götürürdülər. Ən kiçik formada Aktyorlar evindən götürürdülər. Yəni dövlət aktyorunun, sənətin qədrini bilirdi. Sənətə qiymət verənləri qiymətləndirirdilər. Amma indi elə bil dünya heç bunların vecinə deyil.
BUTA.TV xəbər verir ki, bunu xalq artisti Əli Nur deyib.
“Arif Quliyev rəhmətə gedəndə qapının ağzında, asfaltın üstündə qalımışdı. Mən nazirliyi, icra hakimiyyətini ayağa qaldırdım. Ayıbdır axı, bu boyda sənətkar itirmişik, amma nə bir nazirlik nümayəndəsi var, nə bir dövlət adamı. Heç olmasa Həzi Aslanovun ruhundan utanın. Məgər Ramiz Novruz elə-belə adamdır? Ramiz Novruz xalq artistidir, prezident təqaüdçüsüdür. O, nə yollar gəlib keçib. 50 ildən artıq səhnədə can qoymuş, dövlətə xidmət edən, quru maaşa baxan adamdır. Nə vaxta qədər respublikanı caynağına alacaq məmurlar dövlətin qanını sovuracaq. Sənət adamına qiymət verin artıq. Belə olmaz”, - Əli Nur bildirib.
- Bakıda prokurorluq əməkdaşı əməliyyatdan sonra öldü
- "Hər işdə birinci qadınlar"
- Elşad Abdullayevin milyonluq əmlakları müsadirə olundu
- Parlamentlərarası əlaqələr üzrə yeni İşçi qrupları formalaşdırıldı
- Metroda qatarda texniki nasazlıq: hərəkət ləngidi
- ADSEA ASAN xidmət indeksi üzrə 2-ci yerə layiq görüldü
- Ödənişli yolla bağlı bu qanun 3-cü oxunuşdan keçdi
- Bu gənc xanıma nazirlikdə yüksək vəzifə verildi