Naxçıvan Muxtar Respublikasının Culfa rayonunda içkili vəziyyətdə avtomobil idarə edən şəxs saxlanılıb.
BUTA.TV xəbər verir ki, Culfa RPŞ-nin DYP qrupunun əməkdaşları Culfa şəhər Heydər Əliyev prospektində 72 BR 842 dövlət nömrə nişanlı avtomobili ciddi qayda pozuntusu törətdiyinə görə saxlayıblar.
Sürücü Ceyhun Əliyevin içkili olduğu məlum olub.
Polisin qanuni tələbinə tabe olmaq istəməyən sürücü hərəkətə davam etmək istəyərkən saxlanılaraq Culfa Rayon Polis Şöbəsinə aparılıb və onun barəsində toplanmış materiallar Culfa Rayon Məhkəməsinə göndərilib.
Məhkəmənin qərarı ilə C.Əliyev 12 gün müddətinə inzibati qaydada həbs edilib.
- Qarabağda neçə nəfərin məşğulluğu təmin edilib?
- Bu məktəbdə Su çərşənbəsi ilə bağlı videorolik hazırlandı
- Prezident sərəncam imzaladı
- Ağdam sakini evində öldü tapıldı
- Sabahın hava proqnozu açıqlandı
- Bakıda bu ərazilərdə işıq olmayacaq
- Bakıda prokurorluq əməkdaşı əməliyyatdan sonra öldü
- "Hər işdə birinci qadınlar"