Dnestryanı bu gün və ya sabah Ukrayna-Rumıniya ordusu tərəfindən ələ keçirilə bilər.
BUTA.TV xəbər verir ki, bunu rusiyalı politoloq Sergey Markov deyib.
“Bu, ABŞ və Ukrayna prezidentlərinin planına əsasən, hərbi əməliyyatın ildönümündə “Putinin üzünə şillə” cavabı olacaq. Dnestryanı ərazilərin zəbti Baydenin Şərqi Avropaya səfərinin qələbə nöqtəsi ola bilər. Biz isə heç nəyə qarşı çıxa bilməyəcəyik, artıq bütün qoşunlarımız döyüş əməliyyatına cəlb olunub. Bu, sözün əsl mənasında bu gün və ya sabah baş verə bilər”, - o bildirib.
Markov qeyd edib ki, söhbət ilk növbədə Ukrayna ordusunun ehtiyacı olan sursat və silahların yerləşdiyi Kolbasna kəndindəki arsenalların ələ keçirilməsindən gedir.
- Qarabağda neçə nəfərin məşğulluğu təmin edilib?
- Bu məktəbdə Su çərşənbəsi ilə bağlı videorolik hazırlandı
- Prezident sərəncam imzaladı
- Ağdam sakini evində öldü tapıldı
- Sabahın hava proqnozu açıqlandı
- Bakıda bu ərazilərdə işıq olmayacaq
- Bakıda prokurorluq əməkdaşı əməliyyatdan sonra öldü
- "Hər işdə birinci qadınlar"