Baxmutda rus işğalçıları taktikalarını dəyişirlər. Onlar döyüşə texnika deyil, ancaq piyadaları cəlb edirlər.
BUTA.TV xəbər verir ki, bunu Ukrayna Müdafiə Nazirliyinin Baş Kəşfiyyat İdarəsinin rəisi Kirill Budanov deyib.
"Baxmutda fərqli taktikaya keçidi hamı görür. Vuhledar bunun bariz nümunəsi idi. Baxmutda, ümumiyyətlə, sadəcə piyadalardır. Onların artilleriyası ancaq dəstək verir, bir neçə zirehli texnika var", - Budanov bildirib.
Onun sözlərinə görə, Uqledarda rus ordusu zirehli texnikanın köməyi ilə irəliləməyə çalışıb, lakin onlar ilk saatlardaca məhv edilib, bundan sonra döyüş atıcı silahlara keçib.
Eyni zamanda, baş kəşfiyyatçı Ukrayna və tərəfdaşlarının mərmi çatışmazlığı ilə üzləşdiyini təsdiqləyib.
- Qarabağda neçə nəfərin məşğulluğu təmin edilib?
- Bu məktəbdə Su çərşənbəsi ilə bağlı videorolik hazırlandı
- Prezident sərəncam imzaladı
- Ağdam sakini evində öldü tapıldı
- Sabahın hava proqnozu açıqlandı
- Bakıda bu ərazilərdə işıq olmayacaq
- Bakıda prokurorluq əməkdaşı əməliyyatdan sonra öldü
- "Hər işdə birinci qadınlar"