Ucar və Yevlax rayonlarında dəm qazından zəhərlənənlər olub.
Axar.za xəbər verir ki, Ucar rayonunun 1991-ci il təvəllüdlü Alpı kənd sakini Nadir Rüstəmov yaşadığı evdə dəm qazından zəhərlənərək ağır durumda xəstəxanaya çatdırılıb.
Digər qazdan zəhərlənmə hadisəsi isə Yevlax şəhəri Heydər Əliyev prospekti 33 ünvanında qeydə alınıb.
Burada 1959-cu il təvəllüdlü şəhər sakini Aidə Cümşüdova yaşadığı mənzildə dəm qazından zəhərlənərək huşsuz vəziyyətdə şəhər mərkəzi xəstəxanasına çatdırılıb.
Əldə edilən məlumata görə, fərqli bölgələrdə qazdan zəhərlənən hər iki şəxsə tətbiq olunan çevik tibbi müdaxilə onların həyatda qalmasına zəmin yaradıb.
Hər iki faktla bağlı araşdırma aparılır.
- Bakıda bu avtobus da yenilənir: Gediş haqqı...
- Daha bir icra hakimiyyətində kütləvi ixtisar: 43 nəfər...
- Sahil Babayev dövlət qurumlarında yoxlamalar aparacaq
- Xətai İH-də şəhid ailələri ilə görüş keçirildi - Foto
- “Velotrek”də “yanğın” – FHN hərəkətə keçdi - Video
- Hökumənin atasının kartından oğurluq edənə hökm oxundu
- Müşfiq Abbasovun həbsinə bu sözlər səbəb oldu
- Həsənzadəyə “Heydər Əliyev” ordeni təqdim olundu - Foto