Gəncə şəhərində qanunsuz tikinti işlərinin qarşısı alınıb.
Bu barədə BUTA.TV-a Fövqəladə Hallar Nazirliyindən (FHN) məlumat verilib.
Bildirilib ki, Dövlət Yanğın Nəzarəti Xidməti və Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyi tərəfindən respublika ərazisində qanunsuz tikintilərlə bağlı birgə tədbirlərin həyata keçirilməsi davam etdirilir.
Qeyd olunub ki, bu çərçivədə, Gəncə şəhəri, Cavadxan qəsəbəsi ərazisində qanunsuz tikinti işlərinin aparılması faktı aşkar edilib.
FHN-in Dövlət Yanğın Nəzarəti Xidməti, Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyi və Gəncə Şəhər İcra Hakimiyyətinin nümayəndələri tərəfindən həyata keçirilən müvafiq tədbirlər nəticəsində qanunsuz tikinti işləri dayandırılıb və obyekt sökülüb.
- Baş nazirdən yeni qərar
- Qırmızı Ürəklər Fondundan Ramazan ayında həmrəylik çağırışı
- Polis 26 yaşlı bu qadını axtarır - Foto
- “Araz” internat məzunlarının məşğulluğuna dəstək göstərəcək
- Tanışını öldürmək istəyən şəxsə ağır cəza...
- WUF13 şirkəti “AzərEnerji” ilə memorandum imzaladı
- Xətaidə Xocalı soyqırımı ilə bağlı hazırlıq işləri yekunlaşdı - Foto
- DİN bu əməliyyatın görüntülərini yaydı - Video