Yaxın vaxtlarda Şuşada ASAN Xidmətin açılması planlaşdırılır.
BUTA.TV xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin sədri Ülvi Mehdiyev deyib.
O bildirib ki, hazırda Şuşada inşa edilən ASAN Xidmət mərkəzində işlər tamamlanmaq üzrədir:
"Ümumiyyətlə, azad olunan ərazilərə böyük qayıdış davam edir. Dövlətimiz öz gücü hesabına orada şəhər və kəndərimizi sıfırdan qurur. Əhalinin köçü baş verdiyi ərəfədə də ASAN Xidmət mərkəzləri fəaliyyətə başlayacaq. Qısa müddətdə Şuşada ASAN xidmət mərkəzi açılacaq".
- Zöhrab Qədirova yüksək vəzifə verildi
- Zabratda su xəttində qəza aradan qaldırıldı
- Səhiyyə Nazirliyi vətəndaşlara xəbərdarlıq etdi
- ADY sədrinin müavini: Dayanıqlı Orta Dəhliz üçün bu vacibdir
- Bu ərazilərə qar yağır
- Baş nazirdən yeni qərar
- Qırmızı Ürəklər Fondundan Ramazan ayında həmrəylik çağırışı
- Polis 26 yaşlı bu qadını axtarır - Foto